Tolikdən “Maşın”da gözlənilməz addım

tolikden-masinda-gozlenilmez-addim
Oxunma sayı: 634

Bu gün “Maşın” şounu prodüser Tarix Əliyev (Tolik) tərk edib.

“Qafqazinfo” xəbər verir ki, Tolik iştirakçıların oyun taktikalarından şikayət edərək əlini maşının üzərindən götürüb:

“Ataların bir sözü var - kişinin sözü var. Amma bu üç gündə bir çox kişilərin sözü bir olmadı. Dünən İslama söz vermişdim ki, əlimi götürürəm. Amma götürmədim, Üzeyir getdi. Bu gün isə əlimi götürürəm”. 

Tolik əlini çəkəndən sonra skamyada əyləşib və üzünü iştirakçılara tutub:

“İndi rahat oturun və fikirləşin ki, sabahdan kimin maskasını çıracaqsınız. Heç birinizin cürəti çatmayacaqdı mənim adımı atmağa. Mən çox güclü rəqib idim”.