“Toliklə ayrılmağım Hollivudla bağlıdır”

tolikle-ayrilmagim-hollivudla-baglidir
Oxunma sayı: 823

- Bir neçə gün sonra doğum gününüzü qeyd edəcəksiniz. Deyəsən, indidən təbrikləri qəbul etməyə başlamısınız...
- Artıq bir həftədir ki, ad günümü qeyd edirəm. Moskvada, Bakıda, Türkiyədə dostlarım mənə çoxlu sürprizlər etdi. Baxmayaraq ki, yanvarın 26-da doğulmuşam, mən bunu 28-də qeyd edəcəyəm. Ad günümdə hər kəsə sürprizlərim olacaq. Yaxınlarımın, pərəstişkarlarımın verdikləri bütün hədiyyələr mənim üçün dəyərlidir. Ən böyük sürpriz isə təbii ki, Hollivudla bağlı aldığım təklifdir.

- Qızınız sizə nə hədiyyə etdi?
- Heç gələndən qızımın üzünü doyunca görməmişəm. Bilirəm ki, məni ilk olaraq İlqarə təbrik edəcək. Bizim öz aramızda adətimiz var: gecə saat 12-ni keçən kimi gəlib qucaqlayıb öpür, səhər yuxudan oyananda isə hədiyyəm yatağımda olur.

- Snoop Doggla işbirliyiniz nə yerdədir?
- Bütün hazırlıqlar tamamlandı. İndi mənim yeni imicim üzərində iş gedir. Stilistlər dünyaya tamam fərqli imicdə ulduz təqdim etməyi düşünürlər. Onlar mənim Beyons, Cennifer Lopezdən görünüş olaraq tamamilə fərqlənməyimi istəyirlər. Snoop Doggun Los-Ancelesdəki villasının şəkillərin mənə göstərdilər. Gələn ay klip çəkilişləri üçün oraya yola düşəcəyik.

- Bəs, Türkiyə ilə bağlı yeni layihələr gözlənilirmi?
- Snoop Doggla işbirliyimiz bundan sonra da davam edəcək. Türkiyədəki işlərlə bağlı isə ətraflı danışmağa icazəm yoxdur.

- Prodüser Toliklə ayrılmağınızın səbəbi nə oldu?
- Bu, Hollivud layihəsi ilə bağlıdır. Mən bütün komandamı dəyişəcəyəm. Həm burada, həm də Türkiyədə başqa insanlarla çalışacağam./axsam.az/