“Qafqazinfo”nun hurriyet.com-a istinadən məlumatına görə, Tolqa hadisənin Günay Musayevanın oğlu ilə birlikdə yaşadığı binanın “parking”ində baş verdiyini iddia edir. Onun sözlərinə görə, oğlunu görməyə getmək istədiyi zaman iki şəxs ona hücum edib:
“Günayın telefonuna zəng çatmadı və evə getməyi qərara aldım. Qapını döydüm, açan olmadı. “Parking”ə düşdüm, iki şəxs məni təhqir etdi. Üstümə silah çəkdilər. Hətta iki əl güllə səsi də eşitdim. Bunu həyat yoldaşım etdirib, ondan şikayətçiyəm”.
Həmyerlimiz Günay Musayeva isə bu ittihamları rədd edib:
“Səhər saat 6-da içkili şəkildə gəldi və evin altını üstünə çevirdi. Bundan sonrakı hadisələrdən xəbərim yoxdur”.
Günayın sürücülüyünü edən Özkan Berber isə məsələni belə izah edib:
“Günay xanım ərinin içkili olduğunu deyən zaman yanına getdim. Tolqa söyüş söydü və mən də yumruq atdım. Silahım yoxdur”.
Qeyd edək ki, bir oğlu olan cütlük artıq iki aydır ki, ayrı evlərdə yaşayırlar.
Son xəbərlər
Son Xəbərlər