Türkiyənin məşhur aktyoru Tolqa Karel evini satır.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyorun son zamanlar maddi vəziyyəti ürəkaçan deyil. Buna görə də o, Bəylərbəyindəki üç mərtəbəli evini 1 milyon türk lirəsinə satışa çıxarıb.
Aktyorun maddi vəziyyətinin pisləşməsinə səbəb isə son oynadığı layihədən pulunu ala bilməməsidir. Həyat yoldaşı Sarah Skotti ilə Amerikada tətil edən aktyor səhiyyə sahəsində özünü sınamaq istəyir. Bu məqsədlə 1 milyon 300 min türk lirəsinə satmaq istədiyi evinin satış qiymətini aşağı salıb.
Qeyd edək ki, T. Karel satış məsələlərini atasına həvalə edib.
Son xəbərlər
Son Xəbərlər