Tolqa Sarıtaş evlənir

tolqa-saritas-evlenir
Oxunma sayı: 3726

“Söz”, “Günəşin qızları”, “Möhtəşəm yüz il” kimi filmlərdə rol alan məşhur türkiyəli aktyor Tolqa Sarıtaş dizayner nişanlısı Zeynep Mayrukla evlənir.

“Qafqazinfo” Türkiyə KİV-ə istindən xəbər verir ki, məşhur cütlük iyunun 27-i cümə axşamı günü toy edəcək.

Alaçatıda evlənəcək cütlüyün toyuna sənət və moda dünyasının bir çox məşhur adının qatılacağı gözlənilir. Moda ilə maraqlanan Zeynep Mayruk gəlinliyini özü dizayn etdirməyəcəyini, hazır gəlinlik alıb geyinəcəyini açıqlayıb.

Qeyd edək ki, cütlük 4 ildir münasibətdədir.