Tolqanın toy tarixi müəyyənləşdi

tolqanin-toy-tarixi-mueyyenlesdi
Oxunma sayı: 2033

Model Günay Musayeva ilə qalmaqallı şəkildə ayrılan Tolqa Karel toya hazırlaşır.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ikinci dəfə ailə həyatı qurmağa hazırlaşan aktyor toyunun tarixini açıqlayıb.

Tolqa amerikalı sevgilisi Sarah Margaret Scott ilə 11 may tarixində evlənəcək:

“Nəhayət ki, əsl sevgini tapdığıma inanıram. 11 may tarixində nişanlım Sarah Margaret Scottla evlənəcəm.
"Sonunda gerçək eşqi bulduğuma inanıram. Eyni zamanda 13 bölümlük bir seriala çəkiləcəm. Türkiyə və ABŞ-da qalacam. Serial çəkilişləri üçün Türkiyəyə gələcəm”.

Qeyd edək ki, türkiyəli aktyor azərbaycanlı model Günay Musayeva ilə ailə həyatı qurmuşdu. Cütlüyün Cahangircan adlı bir övladı var.