Tomas Bax korrupsiya sxemlərində şübhəli bilinir

tomas-bax-korrupsiya-sxemlerinde-subheli-bilinir
Oxunma sayı: 641

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (BOK) Tomas Bax korrupsiya sxemlərində şübhəli bilinir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Tass.ru” “Correctiv” tədqiqat mərkəzinin hesabatına əsasən xəbər yayıb.

Qeyd olunur ki, T. Bax 2005-2009-cu illərdə “Ferrostaal” şirkətində məsləhət xidməti göstərib. 

Firma ilə müqaviləyə əsasən, o, ildə 20 iş gününə görə 125 min avro, xaricdəki səfərlərinə görə 5 min avro qazanıb.  Bu şirkət 2011-ci ildə korrupsiya sxemlərində ittiham olunub və Münhen məhkəməsi onu 140 milyon avro dəyərində cərimələyib. Bax o ərəfədə Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti olub.

Həmçinin bildirilir ki, Tomas Bax 2008-ci ilə qədər BOK-la əməkdaşlıq edən “Siemens” şirkətinin məsləhətçisi olub. Çində keçirilən “Olimpiya oyunları - 2008” konsernə 1,1 milyon avro qazanc gətirib. 

Xatırladaq ki, T. Bax 2013-cü ilin sentyabrından BOK-un prezidentidir.