“Real”ın və Almaniya millisinin sabiq oyunçusu Toni Kroos Madriddə uşaq futbol klubu açacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” yazıb.
Kroosun Madrid Futbol Federasiyası və “Encinas de Boadilla klubu”nun rəsmiləri ilə danışdığı bildirilib.
Klub futbolçunun adını daşıyacaq.
Xatırladaq ki, Toni Kroos peşəkar karyerasında son matçı 2024-cü il Avropa çempionatının 1/4 finalında İspaniyaya qarşı keçirib. O, bu matçdan sonra karyerasını başa vurub.