Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərarı Ümumi yurisdiksiya məhkəməsinin hakimi Manvel Şahverdyan verib.
Bildirilir ki, eyni cinayət işi üzrə saxlanılan digər yüksək vəzifəli şəxslər də həbsdə qalacaq.
Tonoyanın vəkilləri bir müddət əvvəl onun şəxsi öhdəlik əsasında azadlığa buraxılması ilə bağlı məhkəməyə vəsatət verib.
Qeyd edək ki, 2021-ci ilin sentyabrın 30-dan həbsdə olan David Tonoyan silahlı qüvvələrin ehtiyacları üçün sursat alarkən təxminən 4,5 milyon dolları mənimsəməkdə ittiham olunur.
Tonoyan 2018-ci ildə Müdafiə Nazirliyinin rəhbəri olub və 2020-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər