Tonoyan həbsdə qaldı

tonoyan-hebsde-qaldi
Oxunma sayı: 1763

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsxanada qalacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə News.am-a onun vəkili Avetik Karapetyan danışıb.

O bildirib ki, buna səbəb Ermənistan Apellyasiya Məhkəməsinin keçmiş müdafiə nazirinə qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi iddiasını rədd etməsidir.

Vəkil qeyd edib ki, o və Tonoyanın digər vəkilləri məhkəmə qərarı ilə tanış olmayıblar:

“Çox güman ki, qərardan şikayət verəcəyik”.

Həmçinin oxuyun: Ermənistanın keçmiş müdafiə naziri həbs edildi

Tonoyan yenidən saxlanıldı

Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanılıb - Yenilənib