Tonoyan Müdafiə Nazirliyinə hədiyyə olunan 15 milyonluq avadanlıqları satıb

Tonoyan Müdafiə Nazirliyinə hədiyyə olunan 15 milyonluq avadanlıqları satıb
Oxunma sayı: 1038

Amerikalı xeyriyyəçi Ermənistanın sabiq müdafiə naziri David Tonoyanı onlara bağışlanan qiymətli tibbi avadanlığı satmaqda günahlandırır.

“Qafqazinfo” “Auroranews”a istinadən xəbər verir ki, erməni əsilli amerikalı xeyriyyəçi, “Prime Healthcare” şirkətinin rəhbəri Mişel Sarianın sözlərinə görə, iki il ərzində Ermənistanın həm Səhiyyə, həm də Müdafiə Nazirliklərinə 15 milyon dollardan çox dəyərə malik tibbi avadanlıq və ləvazimatlar göndərib. 

“Mən indi öyrənirəm ki, Müdafiə Nazirliyinin rəhbəri yanıq yarası almış əsgərlər üçün nəzərdə tutulmuş bahalı tibbi texnikaları mənimsəyib və satıb. Sözügedən texnika Ermənistan sərhədindən kənarda satılıb. Onlar tibbi texnikaları 700 000 dollara satıb, pullarını isə mənimsəyiblər. Utancvericidir, axı kim öz ölkəsinə və xalqına belə xəyanət edə bilər?!”, - deyə Mişel Sarian qeyd edib.

Həmçinin oxuyun: Ermənistanın keçmiş müdafiə naziri həbs edildi