Tonqaldan tullanarkən yıxıldı

tonqaldan-tullanarken-yixildi
Oxunma sayı: 1612

Ötən gün Tovuz rayonunda 15 yaşlı gənc tonqaldan tullanarkən yıxılıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əsrik kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Oruc Teymuraz oğlu həyətlərində qalanmış çərşənbə tonqalından tullanarkən yıxılıb və bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi qiymətləndirilir.