“UEFA Millətlər Liqasının startında uğursuzluqla üzləşdik. Buna görə çox məyusuq”.
“Qafqazinfo” xəbər verrir ki, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruca Millətlər Liqasında Azərbaycan millisi ilə matçdan öncə keçirilən mətbuat konfransında deyib.
62 yaşlı mütəxəssis Farer adalarına 1:3 hesablı məğlubiyyətdən sonra Azərbaycanla qarşılaşmada müsbət nəticə qazanmaq üçün çalışacaqlarını söyləyib:
“Bütün heyətimiz oyuna ciddi yanaşır. Mənim üçün ən vacib olan budur. Mümkün nəticəyə nail olmaq üçün çox çalışmalıyıq. Azərbaycan nə qədər güclü olsa da, qələbəyə köklənmişik. Rəqibimizin Kosovoya qarşı matçını izlədik. Çox yaxşı komandaya qarşı oynayacağıq. Azərbaycanın orta xətti yaxşı futbolçulardan təşkil edilib. Mən xüsusilə Riçard Almeydanın adını çəkərdim. Top onun ayağında olanda hər şey baş verə bilər. Olduqca ağıllı davranır. Azərbaycanın oyununu məhz Riçard idarə edir. Rəqibimiz həqiqətən də güclüdür".
Qeyd edək ki, Malta - Azərbaycan oyunu sabah Ta Qali stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Son xəbərlər
Son Xəbərlər