“Topçular”a 1 top çatmadı

topculara-1-top-catmadi
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, “Bavariya”nın qonağı olan “Arsenal” 2-0 hesabı ilə qalib gəlib. Ancaq öz meydanında buraxdığı 3 qol “Arsenal”ın növbəti mərhələ şanslarını heçə endirib. Oyuna sürətli başlayan “topçular” 3-cu dəqiqədə Oliviyer Jirunun qolu ilə 1-0 önə keçiblər. Bundan sonra “Arsenal”a turu keçmək üçün qol buraxmadan daha 2 qol vurmaq lazım gəlirdi. Oyunda növbəti qol 85-ci dəqiqəyə təsadüf edib. Koselni “Arsenal”ın 2-ci qolunu vurub. Lakin ingilslərin bundan artığına gücləri çatmayıb və görüş 2-0 hesabı ilə başa çatıb. ¼ finala adlayan klub isə “Bavariya”olub.

Gecənin digər bir qarşılaşması İspaniyada keçirilib. “Malaqa” “Porto”nu 2-0 məğlub edib. Səfərdə “Porto”ya 1-0 məğlub olan “Malaqa” tarixində ilk dəfə qatıldığı “Çempionlar Liqa”sında artıq ¼ oynamaq şansı qazanıb.”Malaqa”nın qələbə qollarını İsko və Santa Kruz vurublar. Təbii ki, bu qələbələr hamısı ərəb sərmayəsinin təsiri nəticəsində baş verib. Ancaq tarixdə bu yox klubun uğurları və nəticələr qalır. Heyətini gücləndirən ispan klubu istər “La Liqa”da, istrsə də avrokuboklarda iddialı komandaya çevrilib.

İqbal