“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşı tutduğu vəzifədən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, buna həmin əməkdaşın xidməti vəzifələrini yerinə yetirərkən 19 iyun 2019-cu il tarixində işində yol verdiyi kobud nöqsan səbəb olub.
Qeyd edək ki, sözügedən mərkəz işini təkmilləşdirmək istiqamətində, eyni zamanda əməkdaşlarının fəaliyyətinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə daim zəruri tədbirlər görür, muvafiq təlimlər təşkil edir.
Son xəbərlər
Son Xəbərlər