Toqquşan maşınlardan biri piyada keçidində qadını vurdu - Video

toqqusan-masinlardan-biri-piyada-kecidinde-qadini-vurdu
Oxunma sayı: 5429

Bakıda piyada keçidində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb. Bildirilib ki, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı, baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.

Məlumata görə, hadisə iyunun 2-də Nərimanov rayonu ərazisində - Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

Həmçinin oxuyun: Кто разбил ​​машину Рази? - Фото