Toqquşan maşınlardan biri səkidəki ana ilə qızını vurdu

toqqusan-masinlardan-biri-sekideki-ana-ile-qizini-vurdu
Oxunma sayı: 3478

Sumqayıt şəhərində toqquşan iki avtomobildən biri səkiyə çıxaraq piyadaları da vurub.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Nərimanov küçəsində 1982-ci il təvəllüdlü Yalçın Məmmədovun idarə etdiyi “Toyota” markalı 50 CT 882 nömrəli maşınla Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Elsevər Sadıqovun idarə etdiyi “Hyundai” markalı 90 HT 763 nömrəli avtomobil toqquşub.

Zərbənin təsirindən “Hyundai” markalı avtomobil səkiyə çıxaraq yolun kənarında dayanmış Sumqayıt sakinləri – 1988-ci il təvəllüdlü Vüsal Bədəlovu, 1966-cı il təvəllüdlü Şəlalə Qasımovanı və onun qızı, 1989-cu il təvəllüdlü Gülnar Nazim qızını vurub.

Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Murad Əhməd