Toqquşmalarda ölənlərin sayı artıb

toqqusmalarda-olenlerin-sayi-artib
Oxunma sayı: 1679

Cənubi Koreyada eks-prezidentin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər erir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aksiya zamanı xəsarət alan 74 yaşlı təqaüdçü xəstəxanada dünyasını dəyişib. Nəticədə ölənlərin sayı 3-ə çatıb. Daha 8 nəfər isə yaralanıb.

Aksiyaların baş verməsinə səbəb Konstitusiya Məhkəməsinin hakimiyyətdən kənarlaşdırılan prezident Pak Kın He ilə bağlı yekun qərarı olub.

Belə ki, Pak Kın He Cənubi Koreya tarixində impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılan ilk prezident olub. Yeni president seçkiləri 60 gün ərzində keçiriləcək.