Tornado ABŞ-da 25 nəfərin həyatına son qoydu

tornado-abs-da-25-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 2916

Güclü tornado səbəbiylə ABŞ-ın Tennessi ştatında ölənlərin sayı 25-ə çatıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Tennessi ştatının Neşvill şəhərində baş vermiş güclü tornado 140-dan çox binanın dağılmasına səbəb olub. Nəticədə bir çox insan binaların zirzəmilərində qapalı vəziyyətdə qalıb.

Tornado nəticəsində, həmçinin bir neçə insan itkin düşüb.