“Tornado” mühafizə şirkəti Formula-1 Azərbaycan Qran-Prisində təhlükəsizliyi yüksək səviyyədə təmin edib.
“Qafqazinfo” xəbər verir ki, şirkət 2016-cı ildən etibarən Formula 1 yarışlarının mühafizəsi sahəsi üzrə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əsas partnyorlarından biridir.
“Tornado” mühafizə şirkəti yarış dövründə qurulan postlarda müxtəlif istiqamətdə təhlükəsizlik və mühafizə işlərini həyata keçirib.
Bakı Şəhər Halqası və Dənizkənarı Bulvar ərazisində konsert təşkil edilən səhnənin, qonaqların əyləşdiyi məkanların, Formula 1 atributlarının, foto zonanın, tibb məntəqəsinin mühafizəsi işlərinə nəzarət həyata keçirilib.
“Tornado” mühafizə şirkəti, həmçinin yarış ərəfəsində və yürüşlər müddətində komandalara aid avadanlıqların qorunmasını da təmin edib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən “Tornado” mühafizə şirkətinin işi yüksək qiymətləndirilib.