Formula-1 Azərbaycan Qran-Prisi zamanı təhlükəsizlik tədbirləri növbəti dəfə “Tornado” mühafizə şirkətinə həvalə olunub.
“Qafqazinfo” xəbər verir ki, şirkət 2016-cı ildən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarışların mühafizəsi sahəsi üzrə əsas partnyorlarından biridir.
“Tornado” mühafizə şirkəti yarış dövründə qurulan postlarda müxtəlif istiqamətdə təhlükəsizlik və mühafizə işlərini həyata keçirəcək. Şirkət Bakı Şəhər Halqası ərazisində yaşayan sakinlərin buraxılış vərəqələrinə, giriş-çıxışlara, telekommunikasiya naqillərinin toxunulmazlığına, yeməkxananın mühafizəsi işlərinə nəzarət edəcək.
“Tornado” mühafizə şirkəti, həmçinin yarış ərəfəsində və yürüşlər müddətində komandalara aid avadanlıqların qorunmasını təmin edəcək.