Kanadanın Toronto şəhərində atışma nəticəsində bir nəfər həyatını itirib və üç nəfər yaralanıb.
Bu barədə “Qafqazinfo” CBC telekanalına istinadən xəbər verir.
Onun məlumatına görə, şəhərin qərb hissəsindəki rayonların birində maşından düşən naməlum kişi digər avtomobildə əyləşən insanlara atəş açıb. 4 yaralı xəstəxanaya çatdırılıb, onlardan biri dünyasını dəyişib.
Atəş izləri yaxınlıqdakı evdə də aşkar edilib, orada heç kim xəsarət almayıb. Cinayətkar hadisə yerindən qaçıb, polis onu axtarır.


Son xəbərlər
Son Xəbərlər