Kanadanın Toronto şəhərində dünyanın ən hündür qüllələrindən biri olan, içərisində restoranların da yer aldığı 553 metr hündürlüyündəki məşhur “CN Tower”ə ildırım düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilib ki, Kvebek və Ontario şəhərlərində şiddətli fırtına səbəbindən minlərlə insan işıqsız qalıb.
Qeyd edək ki, Kanadanın meteorologiya xidməti şiddətli tufanlar, saatda 90 kilometrə çatan güclü külək, dolu və şimşək çaxacağı barədə xəbərdarlıq edib.
Son xəbərlər
Son Xəbərlər