“Torpaq çərşənbəsində, Novruzun ən əlamətdar günündə ağacəkmə ənənəsini davam etdirdik, genişmiqyaslı ağacəkmə tədbirləri və tingpaylama aksiyaları ilə İlaxır çərşənbəni qeyd etdik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.
O qeyd edib ki, İlaxır çərşənbə günü ağacəkmə tədbirləri Bakının Xocasən qəsəbəsində, eyni zamanda Zaqatala, Şəki, Ağstafa, Şirvan, Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında keçirilib və ümumilikdə 22 000 müxtəlif cinsli ağac əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verilib:
“Vətəndaşlarımızı da ağac əkməyə təşviq etmək məqsədilə bu gün əhaliyə Nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli ağac tingləri hədiyyə edildi”.
Son xəbərlər
Son Xəbərlər