Torpaq sürüşməsi Lənkəran-Lerik yolunu bağladı - Fotolar

torpaq-surusmesi-lenkeran-lerik-yolunu-bagladi
Oxunma sayı: 3257

Bu gün günorta saatlarından Lerik rayonunda hava şəraitinin dəyişməsi, yağan güclü leysan, dolu düşməsi dağlarda torpaq sürüşməsinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37 km-də Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib.

52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsinin səyləri ilə yolun qismən açıldığı bildirilir.

Yolun tam açılması istiqamətində işlər davam etdirilir.

Surxay Şahbazov