“Torpaqlarımızda gəzmək üçün icazə lazım deyil” - Fələstin lideri

torpaqlarimizda-gezmek-ucun-icaze-lazim-deyil
Oxunma sayı: 2059

Xəbər verdiyimiz kimi, İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.

“Qafqazinfo”nun məlumatına görə bunun ardınca Fələstin liderinin cavabı gecikməyib.

“Fələstin torpaqlarına getmək üçün icazəyə ehtiyacım yoxdur” , - deyə, dövlət başçısı bildirib.

Qeyd edək ki, anklavda ötən ilin aprelin 7-si başlayan müharibə ocağı hələ də aktuallığını qoruyub-saxlayır.