“Torpaqlarımızın 90 faizi Fransa tərəfindən mənimsənilib, təbii sərvətlərimiz talan edilir”.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bunu Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, müstəmləkəçilik vəziyyətində yaşayırlar:
“Torpaqlarımızın 90 faizi Fransa tərəfindən mənimsənilib, təbii sərvətlərimiz talan edilir. Ölkəmizdə 30 faizlik işsizlik var. Məmurlarımız da Fransa hökuməti tərəfindən təyin edilir”.
Son xəbərlər
Son Xəbərlər