Torres yenə “Atletiko”dan gedir

torres-yene-atletikodan-gedir
Oxunma sayı: 1357

İspaniyanın “Atletiko” klubunun futbolçusu Fernando Torres komandanı tərk edəcək.

“Qafqazinfo xəbər verir ki, bu barədə "Marca” nəşri məlumat yayıb.

“Bu, çətin qərar idi. Düşünrəm ki, azarkeşlərə bunu bilməlidirlər. Bu “Atletiko”da sonuncu sezonumdur. İkinci dəfə sevimli komandamdan ayrılmaq mənə ağırdır, çünki karyeramı burada bitirmək istəyirdim. Ancaq bu mövsüm digərlərinə nisbətən az oynayıram. Mən isə bundan sonra daha 5 il oynamaq istəyirəm”,- deyə 34 yaşlı Torres açıqlayıb.

Xatırladaq ki, Fernando Torres 2001 - 2007-ci illərdə də "Atletiko"da çıxış edib. Daha sonra İngiltərənin Liverpul və Çelsi klublarında oynayan Torres 2016-cı ildə yenidən “Atletiko”ya qayıdıb.