Tort qabından telefon çıxdı - - Foto

tort-qabindan-telefon-cixdi-
Oxunma sayı: 1173


“Qafqazinfo” Penitensiar xidmətə istinadən xəbər verir ki,  Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Hicran Rəcəb oğlu Xalıqova gətirilən sovqata baxış keçirilib.

Xırdalan şəhər sakini Natiq Zahid oğlu Hüseynov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman içərisində tort olan qabın alt hissəsində xüsusi üsulla düzəldilən gizli saxlanc yerindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Murad Əhməd