Son illərdə dünyanın ən güclü məşqçilərindən biri sayılan Pep Qvardiolanın növbəti klubu “Mançester Siti” olacaq. “Barselona” və “Bavariya” kimi klublarla uğurlar qazanan ispan medianın diqqətindən də kənarda qalmır.
İspaniya futbolunu yaxından izləyən məşhur jurnalist Graham Hunter “Qvardiola haqqında bilmədikləriniz” adlı məqalə dərc edib. Məqalədə Pepin futbola ilk başladığı vaxtlardan indiyə qədər həyatında olan maraqlı faktlar yer alıb. “Qafqazinfo” həmin faktları təqdim edir:
1. Qvardiola 1984-cü ildə 13 yaşında olarkən “Barselona”nın məşhur “La Masia istedadları”na qeydiyyata düşüb. Lakin o, 6 yaşından hər həftə sevimli komandasının oyunlarını izləmək üçün öz şəhərindən 3 saatlıq yolu qət edərək “Nou Kamp”a gəlib. Onun istedadını ilk dəfə Oriol Tort kəşf edib. Oriolun fikirincə, Pep hər zaman Çarli Çaplin kimi yeriyirmiş. O, 6 yaşında getdiyi katalonların möhtəşəm arenasını hər gecə yuxusunda gördüyünü anasına danışıb.

2. 1986-cı ildə Pepin top paylayıcı olduğu “Barselona” İspaniya çempionu olur və Qvardiola bunu komanda ilə birlikdə qeyd edir.

3. 1990-cı ildə Yohan Kroyfun yaratdığı “röyaların komandası”na seçilib.
4. 1992-ci ildə “Barselona” ilə futbolçu kimi İspaniya çempionu olub. Həmin il Avropa kubokunu da qazanıb.

5. 2001-ci ildə “Barselona”dan ayrılıb “Breşiya”ya gedib. Kataloniya klubunda oynamasına baxmayaraq “Mançester Siti”yə yoxlanışa gedir, lakin məşqçilər tərəfindən bəyənilmir. “Hətta “Viqan”da da oynayaram” deyən Pepi İtaliya komandası heyətinə qatır.

6. 2006-cı ildə Avropanın bir çox iddialı komandalarından təklif almasına baxmayaraq karyerasını Meksikanın “Sinola” komandasında bitirib.
7. 2007-ci ildə “Barselona”nın ikinci komandasının baş məşqçisi olub.

8. 2008-ci ildə katalonların əsas komandasının başına gətirilir. Baxmayaraq ki, ondan başqa Maurisiyo Poçettino və Joze Mourinyo “Barsa”da baş məşqçi olmaq üçün müraciət etmişdi. Frank Raykardın gedişindən sonra bu vəzifəyə gələn Pep Xuan Laportanın xoşuna gəlməsə belə, klubu öz fikirləri ilə idarə etməyə başladı.
9. 2009-cu ildə Çempionlar Liqası kubokunu, La-Liqa çempionluğunu və “Kopa Del Rey”i qazanıb.
10. 2011-ci ildə “Real”la Çempionlar Liqasının yarımfinalından öncə oynanılan matçdan əvvəl maraqlı hadisələr yaşanmışdı. Mourinyonun mətbuat konfransında ona “Pep” deyərək müraciət etməsinə əsəbləşən Qvardiola öz növbəsində belə deyir: “Mourinyo mənə Pep deyərək mürciət edir. Mən də ona bundan sonra Joze deyəcəm. Hələ matç başlamayıb. Meydandan kənarda Mourinyo artıq qalibdir. O, futbol sahəsindən kənarda qazandığı kuboku aparıb evində bayram edə bilər. Biz isə hər şeyi meydanda qazanacağıq. Joze zənn edir ki, dünyada hər şeyi bilir. Amma mən onun səviyyəsində hər şeyi bilmək istəmirəm”. Həmin oyunda “Barselona” 2:0 hesabı ilə qalib gəlir.

11. 2012-ci ildə Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə uduzduqdan sonra “Barselona”dan gedəcəyini deyib.
Elsevər
Son xəbərlər
Son Xəbərlər