“Toshiba” da Rusiyaya sifarişləri dayandırdı

toshiba-da-rusiyaya-sifarisleri-dayandirdi
Oxunma sayı: 1101

Yaponiyanın elektronika nəhəngi “Toshiba” Ukraynada baş verən hadisələr fonunda Rusiyaya yeni sifarişləri və investisiyaları dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir:

“Ukraynadakı vəziyyətdən dərin narahatıq. Hadisələr fonunda humanitar yardım üçün ümumilikdə təxminən 100 milyon yen (774 min dollar) ianə etdik. Bundan əlavə, hazırda Rusiyaya yeni sifarişləri və investisiyaları dayandırırıq”.