“TOSOIL”dan Türkiyə ilə birlik nümayişi

tosoildan-turkiye-ile-birlik-numayisi
Oxunma sayı: 2055

“TOSOIL” şirkəti “Azərbaycan sahibkarları Qardaş Türk xalqının yanındadırlar!” şüarı altında Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı maddi dəstək göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu günlər bütün Azərbaycan ictimaiyyəti, xalqımız Qardaş Tükiyədə fevralın 6-da baş vermiş təbii fəlakət hadisəsindən üzüntü və sarsıntı hissi keçirib, hamılıqla zəlzələdən sonrakı fəsadların aradan qaldırılmasına qoşulub.

“TOSOIL” şirkəti də qanında milli qürur, türkçülük və qardaşlıq təssübü olan çoxsaylı işçi kontingenti ilə birlikdə yekdilliklə səfərbər olaraq kənarda durmayıb və insanlıq mövqeyinə dəstək nümayiş etdirib.

Ölkə başçısı İlham Əliyevin dost və qardaş Türkiyəyə dəstək və yardım kampaniyasına başlamasını özü üçün çağırış və birlik şüarı kimi qəbul edən “TOSOIL” şirkəti AFAD  yardım Fonduna 100000 TL vəsait köçürüb.