“Tottehem” “Mançester Siti”ni əliboş göndərdi - Fotolar + Video

tottehem-mancester-sitini-elibos-gonderdi
Oxunma sayı: 1974

Çempionlar Liqasında ¼ final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, Londonda iki İngiltərə klubu - “Tottenhem” və “Mançester Siti” üz-üzə gəlib.

Meydan sahibləri bu mövsüm həm ölkə çempionluğu, həm də ÇL-nin ən böyük favoritlərindən sayılan “Mançester Siti”ni minimal hesabla məğlub etməyi bacarıb.

Matçda yeganə qolu 78-ci dəqiqədə Son Hun Min vurub.

Qeyd edək ki, qonaqların hücumçusu Aquero 13-cü dəqiqədə penalti zərbəsini qola çevirə bilməyib.