“Tottenhem” “Audi Cup” turnirinin qalibi oldu - Video

tottenhem-audi-cup-turnirinin-qalibi-oldu
Oxunma sayı: 1527

"Audi Cup" futbol turnirinin final qarşılaşmasında İngiltərənin "Tottenhem" klubu Almaniyanın "Bavariya" komandasına qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, "Alyans Arena"da baş tutan qarşılaşma gərgin hücumlarla yadda qalıb. "Tottenhem" klubu 6-5 hesabı ilə Münhen təmsilçisini məğlub edib.

Turnirin 3-cü yeri uğrunda mübarizədə isə "Real Madrid" İstanbulun "Fənərbağça" klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda qapılara 8 qol vurulub. Görüş 5:3 Madrid klubunun xeyrinə bitib.