“Tottenhem” “Mançester Siti”yə qalib gəldi - Video

tottenhem-mancester-sitiye-qalib-geldi
Oxunma sayı: 1919

Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun matçında London “Tottenhem”i “Mançester Siti”yə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, Londonda keçirilən oyun 2:0 hesabla bitib. Qaliblərin heyətində Stiven Berqveynlə Son Hın Min fərqlənib. 60-cı dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Aleksandr Zinçenko qırmızı vərəqə alıb.

25-ci turdan sonra “Tottenhem” (37 xal) İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü, “Mançester Siti” isə 2-ci yerdə qərarlaşıb.