İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefanın səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Mourinyo 2019-cu ilin noyabrından “Tottenhem”i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada 32 oyuna topladığı 50 xalla 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər