“Tottenhem” onunla anlaşdı

tottenhem-onunla-anlasdi
Oxunma sayı: 1910

İngiltərə Premyer Liqa komandası olan “Tottenhem” məşqçilik vəzifəsi üçün Nuno Espirito Santo ilə iki illik müqavilə bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, 47 yaşlı məşqçi 2023-cü ilə qədər klubda işləyəcək.

Karyerasında “Rio Ave”, “Valensiya” və “Porto”da məşqçilik edən portuqaliyalı 2017-ci ildən işlədiyi “Volverhampton”dan keçən mövsüm ayrılmışdı.

Joze Mourinyonun vəzifəsindən ayrılmasından sonra Ryan Mason keçən mövsüm “Tottenhem”də müvəqqəti məşqçiliyə gətirilmişdi.