Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Tottenhem”la qarşılaşacaq “Qarabağ”ın oyununu idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib. “Qafqazinfo” xəbər verir ki, matçda ədaləti İsveçrədən olan hakimlər briqadası qoruyacaq.
Baş hakim Adrien Yakkottet olacaq. Ona Rafael Zeder və Vital Jobin kömək edəcək. 4-cü hakim isə Yohannes Voqel olacaq.
Qeyd edək ki, sentyabrın 17-də "Vayt Hart Leyn" stadionunda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Son xəbərlər
Son Xəbərlər