“Tottenhem” və “Liverpul” yarımfinalda - Fotolar + Yenilənib

tottenhem-ve-liverpul-yarimfinalda
Oxunma sayı: 4508

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinala adlayan son iki komanda “Tottenhem” və “Liverpul” olub.

Yarımfinalda “Liverpul” “Barselona”, “Tottenhem” isə “Ayaks”la qarşılaşacaq.

“Porto” - “Liverpul” - 1:4

Qollar: Eder Militao, 68 - Sadio Mane, 28; Məhəmməd Salah, 65; Roberto Firmino, 77; Virgil Van Diyk, 84

İlk oyun: 0:2

“Mançester Siti” - “Tottenhem” - 4:3

Qollar: Rahim Sterlinq, 4; 21;  Silva, 11; Serxio Aquero, 58 -  Son Xin Min, 7; 10;

İlk oyun: 0:1

***

Hər iki oyun başladı.

***

"Mançester Siti" - "Tottenhem" matçında erkən qol vurulub. 4-cü dəqiqə Rahim Sterlinqin vurduğu qol sayəsində meydan sahibləri hesabda önə keçib.

***

"Tottenhem"in cavab qolu gecikməyib. 7-ci dəqiqədə Son Xin Min hesabı bərabərləşdirib.

***

Mançesterdə olduqca sürətli futbol gedir. Artıq 10-cu dəqiqədə 3-cü qol vurulub. Son Xin Mion komandasını hesabda önə keçirən qola imza atıb.

***

Bu qoldan heç 1 dəqiqə keçməmiş azarkeşlər daha bir qola şahidlik ediblər. Bu dəfə "Mançester Siti" sürətli hücumla topu qapıdan keçirib. Bernardo Silva komandasının bərabərlik qolunu vurub - 2:2.

***

"Mançester Siti" - "Tottenhem" oyununda qol şousu davam edir. 21-ci dəqiqədə "Mançester Siti" yenidən hesabda önə keçib. Rahin Sterlinq özünün ikinci, komandasının 3-cü qolunu vurub - 3:2.

"Porto" - "Liverpul" matçında isə hələlik hesab açılmayıb.

***

"Liverpul" Portuqaliya səfərində hesabda önə çıxıb. 26-cı dəqiqədə Sadio Mane topu "Porto"nun qapısından keçirib.

***

Hər iki oyunun ilk hissəsində başqa qol vurulmayıb və fasiləyə "Liverpul" 1:0, "Mançester Siti" isə 3:2 hesabı ilə öndə gedib.

***

İkinci hissə başladı.

***

"Mançester Siti" hesab arasındakı fərqi 2-yə çatdırıb. Aquero sağ çarpazdan topu iti bucaq altında qapıdan keçirməyə nail olub - 4:2.

Qeyd edək ki, bu hesab hazırda "Mançester Siti"nin yarımfinala yüksəlməsi üçün kifayət edir.

***

65-ci dəqiqədə "Liverpul"da hesabı 2:0 edib. Məhəmməd Salah fərqlənib.

Bu qolla birlikdə "Porto"nun az qalan ümidləri dmeək olar ki, tükənib. Bu dəqiqədə sonra "Porto" mərhələ adlamaq üçün 5 qol vurmalıdır.

***

Bu qoldan 3 dəqiqə sonra "Porto" qollardan birinin əvəzini çıxa bilib. Künc zərbəsindən ötürülən topu Militao başla qapıdan keçirib.

***

73-cü dəqiqədə Sadio Mane 100 faizlik qol şansını əldə verib. Qapıçını da keçən hücumçu zərbə anında müvazinətini az da olsa itirib və topa dəqiq zərbə vura bilməyib. Nəticədə top boş qapıdan keçməyib.

***

73-cü dəqiqədə “Mançester Siti” - “Tottenhem” matçında da maraqlı hadisələr cərəyan edib. Künc zərbəsində ötürmədən "Tottenhem"in futbolçusu Llorente topu qapıdan keçirib. Lakin, baş hakim Cüneyt Çakır topun onun əlinə dəydiyi ehtimalı ilə qolu qeydə almaqda tərəddüd edib. Bu səbəbdən VAR (video təkrar) sisteminə müraciət edilib. Təkrar baxışda topu Llorentenin ayağına dəydiyi dəqiqləşəndən sonra qol hesaba alınıb. Beləliklə, hesab 4:3 olub.

***

"Porto" - "Liverpul" görüşündə isə daha bir qol vurulub. "Liverpul"un hücumçusu Firmino hesabı 3:1-ə çatdırıb.

***

84-cü dəqiqədə "Liverpul" hesabı 4:1 edib. Vircil van Dayk topu "Porto"nun qapısından keçirib.

***

"Porto" - "Liverpul" matçı başa çatıb. "Liverpul" 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. "Liverpul" yarımfinalda "Barselona" ilə qarşılaşacaq.

***

90+3-cü dəqiqədə "Tottenhem" əks-hücuma çıxarkən Eriksen ani səhv edib. Bir anda topu qarşısında görən Aquero cərimə xəttinə daxil olaraq topu Sterlinqə ötürüb. O da əlinə düşən fürsətdən maksimum yararlanıb.

Lakin, qol qeydə alınmayıb. VAR sistemi vasitəsilə epizoda təkrar baxışda topun Aqueroya getdiyi zamanda onun ofsaytda olduğu məlum olub. Bu səbəbdən qol hesaba alınmayıb və 4:3 olaraq qalıb.

***

Son dəqiqələrdə başqa qol vurulmayıb və oyun bu hesabla bitib. Beləliklə, iki oyunun nəticəsi ümumilikdə 4:4 olsa da, "Tottenhem" səfərdə vurulan qolların hesabına mərhələ adlayıb. Bu komandanın yarımfinaldakı rəqibi "Ayaks" olacaq.