“Tottenhem” yenə qələbə qazana bilmədi

tottenhem-yene-qelebe-qazana-bilmedi
Oxunma sayı: 934

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Tottenhem Hotspur” “Şeffild Yunayted”lə qarşılaşıb. Matç 1:1 bərabərliklə bitib. London təmsilçisi oyunun 58-ci dəqiqəsində Son Xın Minin sayəsində öndə olsa da, 77-ci dəqiqədə Corc Baldok hesabı bərabərləşdirib. Bununıa da “Tottenhem” 13 xalla İngiltərə çempianatının turnir cədvəlində 12-ci yeri tutub.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Norviç Siti” - “Vatford” - 0:2;

“Çelsi” - “Kristal Palas” - 2:0;

“Börnli” - “Vest Ham” - 3:0;

“Nyukasl Yunayted” - “Bormunt” - 2:1;

“Southempton” - “Everton” - 1:2.