“Tottenhem”lə “Liverpul” azarkeşi evlənir - Toyda oyunu izləyəcəklər

tottenhemle-liverpul-azarkesi-evlenir
Oxunma sayı: 1172

"Tottenhem" azarkeşi Ceyms Aleksander və "Liverpul" tərəfdarı Ebbi Norman bir neçə ay öncə toy tarixini bu günə - 1 iyuna təyin ediblər. Ancaq ağıllarına belə gətirməzdilər ki, bu tarixdə onların sevimli komandaları Çempionlar Liqasının finalında üz-üzə gələcəklər.

"Qafqazinfo" xəbər verir ki, cütlük toyda matçın yayımını təşkil etməyi planlaşdırır, həmçinin qonaqlar azarkeşlik etdikləri komandalardan asılı olaraq müxtəlif tərəflərdə oturacaqlar.