“Qafqazinfo” xəbər verir ki, bu ilki yarışın Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.1 kateqoriyasına layiq görülməsi yürüşdə Peşəkar Kontinental komandaların da iştirakına şərait yaradıb ki, Azərbaycana gələcək 8 kollektiv – “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli” (əvvəlki adı “Yellow Fluo” - İtaliya), “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) Pro-Kontinental lisenziyalıdır. Adları çəkilən İtaliya komandalarının digər üzvləri mayın 9-da start götürəcək çoxgünlük “Giro d Italia” yürüşündə, “MTN-Qhubeka” və “Caja Rural-Seguros RGA” isə “Vuelta” yarışında çıxış edəcəklər.
“Continental Team Astana” (Qazaxıstan), “Kolss Cycling Team” (Ukrayna), “Alpha Baltic-Unitymarathons.com” (Latviya), “An Post-Chain Reaction” (Irlandiya), “Team La Pomme Marseille 13” (Fransa), “Adria Mobil” (Sloveniya), “Development Team Giant-Shimano” (İsveç), “China Huasen Cycling Team” (Çin Xalq Respublikası), “Rapha Condor JLT” (Böyük Britaniya), “Leopard Development Team” (Luksemburq), “Gebrüder Weiss-Oberndorfer” (Avstriya), “Torku Sekerspor” (Türkiyə), “Tusnad Cycling Team” (Rumıniya), “Rad-Net Rose Team” (Almaniya) və “Synergy Baku Cycling Project” (Azərbaycan). Bundan başqa, Avstraliyanın milli komandası da “Tour d Azerbaidjan-2014”də mübarizə aparacaq.
Son xəbərlər
Son Xəbərlər