“Qafqazinfo”nun islam.az-a istinadən məlumatına görə, bunun üçün ilk növbədə iradəni və imanı gücləndirməyə çalışmaq lazımdır. Bunun üçün tez-tez Quran oxumaq (tərcüməsini də oxumaq olar), namaz qılmaq, əxlaq və əqidə kitablarını mütaliə etmək, dindar və mömin insanlarla durub-oturmaq, günah fikirlərdən uzaq durmaq faydalıdır. İnsanı günaha apara biləck və tövbəsini sındırmağa şərait yaradacaq mühitdən və insanlardan kənarlaşmaq gərəkdir.
Bir də insan etdiyi günahın böyüklüyünü və ciddiliyini anlamalıdır. Hədisdə deyildiyi kimi, “günahın kiçikliyinə baxma, nə qədər böyük bir zatın (yəni Allahın) qarşısında günah etdiyinə bax”.
Son xəbərlər
Son Xəbərlər