İsmayıllı rayonunun Mollaisaqlı kəndində yanğın baş verib.
“Qafqazinfo” ARB Şəki-yə istinadən xəbər verir ki, yanğının kənd sakini, 1963-cü il təvəllüdlü Ağakişiyev Şahverən Əlipaşa oğluna məxsus tövlədə qəflətən meydana gəldiyi bildirilir.
Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində 120 kvadrat metrlik tövlənin 80 kv metrlik hissəsi və 450 bağlama otdan 400-ü tamamilə yanıb. Həmçinin tövlədə olan iki baş mal yanaraq ölüb.
Yaxınlıqdakı yaşayış evi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.
Son xəbərlər
Son Xəbərlər