Tövlə yanaraq külə döndü- - Şəkidə

tovle-yanaraq-kule-dondu-
Oxunma sayı: 782


“Qafqazinfo” Kanal S-ə istinadən xəbər verir ki, hadisə Daşüz kənd sakini İlqar Kərimova məxsus tövlədə meydana gəlib. 

300 ədəd saman presi olduğu tövlə bir anda yanmağa başlayıb. Nəticədə 72 kvadrat metr sahəsi olan tövlə yanaraq külə dönüb. Hadisə yerinə dərhal Şəki Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.