Tövlə yandı, 60 baş heyvan tələf oldu

tovle-yandi-60-bas-heyvan-telef-oldu
Oxunma sayı: 1876

İmişli rayonunun Xəlfəli kəndində ümumi sahəsi 1400 m² olan tövlənin qamışdan ibarət dam örtüyü 600 m² sahədə yanıb. Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Yanğın zamanı 60 baş iribuynuzlu heyvan tələf olub, 250 baş iribuynuzlu heyvan isə təhlükəsiz əraziyə köçürülüb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.