Tovuz istiqamətində 2 erməni polisi yaralanıb

tovuz-istiqametinde-2-ermeni-polisi-yaralanib
Oxunma sayı: 6712

Tovuz istiqamətində baş verən döyüşdə iki erməni polisi yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz feysbuk səhifəsində məlumat verib. Açıqlamada bildirilib ki, Azərbaycandan atılan atəş zamanı Tovuz bölgəsi istiqamətində hərəkətə keçən iki erməni polisi yaralanıb. 

Polis əməkdaşlarının atışma zamanı postların yaxınlığında olduğu qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, qarşı tərəf itki verib.