Tovuz və Gədəbəyə dolu yağdı - Fəsadlar törətdi

tovuz-ve-gedebeye-dolu-yagdi-
Oxunma sayı: 2023

Bu gün saat 17:00 radələrindən başlayaraq güclü külək və yağışla müşahidə edilən hava şəraiti Tovuzun bəzi kəndlərində fəsadlar törədib.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, yağışın ardından yağan dolu nəticəsində Kirən, Köhnə Qala, Böyük Qışlaq və bir sıra kəndlərdə təsərrüfat sahələrinə ziyan dəyib. Daha çox kartof sahələri yararsız hala düşüb.

Gədəbəydə də kartof sahələrinə güclü külək və qasırğa nəticəsində xeyli ziyan dəyib. Külək rayonda yerləşən Avtomobil Məktəbinin dam örütüyünü uçurub. Elektrik naqillərinə qismən ziyan dəyib. Hər iki rayonda dəymiş ziyanın miqdarı hesablanır.