Tovuza elektrik enerjisinin verilişi bərpa olundu - Video+Yenilənib

tovuza-elektrik-enerjisinin-verilisi-berpa-olundu
Oxunma sayı: 3106

Tovuzda yarımstansiyada yanğın baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Tovuz yarımstansiyasında qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub.  Yanğın söndürülüb.

Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.

***

“Azərişıq” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, Tovuzda elektrik enerjisinin verilişi bərpa olunub: “Elektrik yarımstansiyasında yanğına səbəb qızma nəticəsində izolyasiyalı kabelin yanması olub”.

***

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

Bu haqda FHN məlumat yayıb. Yarımstansiya yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Elmar Əli