Tovuzda ustanı elektrik cərəyanı vuraraq öldürüb.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə Tovuz şəhərində baş verib. Tərtər rayon sakini, 27 yaşlı Həsənov Tacəddin Ayaz oğlu usta kimi işlədiyi yerdə ehtiyatsızlıq nəticəsində cərəyan onu vurub.
T.Həsənov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. O, Tərtərdən Tovuza işləmək üçün gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər